Aynur Məmmədova: “Türkiyədən Avropaya sürətli genişlənmə”-“Gbaru beynəlxalq bazarlarda möhkəmlənir”-MÜSAHİBƏ

Aynur Məmmədova: “Türkiyədən Avropaya sürətli genişlənmə”-“Gbaru beynəlxalq bazarlarda möhkəmlənir”-MÜSAHİBƏ

MÜSAHİBƏ
1,125

Azərbaycanın rəqəmsal biznes mühitində formalaşan innovativ təşəbbüslər arasında xüsusi seçilən platformalardan biri olan Gbaru.com fəaliyyət coğrafiyasını sürətlə genişləndirir. Qısa müddətdə Türkiyə və Orta Asiya bazarlarında uğurlu təcrübə qazanan platformanın artıq Avropa bazarına daxil olması onun qlobal inkişaf strategiyasında mühüm mərhələ kimi qiymətləndirilir. Bu yanaşma yerli şirkətlərin beynəlxalq bazarlara çıxış imkanlarını artırmaq baxımından da diqqət çəkir.

Fins.az mövzu ilə bağlı, həmçinin platformanın fəaliyyət istiqamətləri barədə “Global Builders and Realtors Unity” MMC-nin (Gbaru.com) icraçı direktoru Aynur Məmmədova ilə həmsöhbət olub.

 -Müsahibəni təqdim edirik;

-“Global Builders and Realtors Unity” MMC nə zamandan etibarən fəaliyyət göstərir? Bazarda hansı xidmətləri göstərir?

-“Global Builders and Realtors Unity” MMC şirkəti 2021-ci ildə təsis olunub və qısa müddətdə fəaliyyətini genişləndirərək müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyə başlayıb. İlkin mərhələdə şirkət əsasən iri müəssisələr üçün biznes planların hazırlanması, tədbirlərin təşkili və şirkətlərarası əlaqələrin qurulması ilə məşğul olub. Bu fəaliyyətlər zamanı isə bazarda ciddi bir boşluq aydın şəkildə müşahidə edilib ki, şirkətlər arasında sistemli, etibarlı və sürətli əlaqə platforma yoxdur.

-Məhz bu ehtiyacdan doğan ideya nəticəsində “Gbaru” adlı B2B onlayn təchizat platforması yaradılıb. Platforma şirkətlərin bir-birini daha rahat tapmasına, əməkdaşlıq qurmasına və biznes proseslərini optimallaşdırmasına xidmət edir. Ən vacib məqamlardan biri isə odur ki, bu platforma yalnız yerli bazarla məhdudlaşmır, eyni zamanda beynəlxalq bazar iştirakçılarını da bir araya gətirir. Qida, tekstil və dərmandan başqa bütün kateqoriyalar üzrə əməkdaşlığı şirkətlər həyata keçirə bilirlər. Bu, həm yerli bazar, həm də xarici bazara üçün uyğundur.

-Bu platformanın əsas üstünlükləri nədir?

- “Gbaru” platformasının əsas üstünlüklərindən biri onun etibarlılıq prinsipinə əsaslanmasıdır. Platformaya qoşulan bütün şirkətlər əvvəlcədən yoxlanılır və müəyyən meyarlara uyğunluğu təsdiqlənir. Bu isə istifadəçilərə riskləri minimuma endirməyə və daha güvənli əməkdaşlıq mühiti formalaşdırmağa imkan verir. Bununla yanaşı, Platformanın əsas məqsədi biznes proseslərini daha rahat, daha sürətli və daha əlçatan etməkdir. Müasir dövrdə şirkətlər üçün vaxt və resursların düzgün idarə olunması çox vacibdir. Ənənəvi biznes mühitində şirkətlər yeni tərəfdaş tapmaq, təchizatçıları araşdırmaq və düzgün seçim etmək üçün çox vaxt sərf edirlər. Bu proses bəzən günlər, hətta həftələrlə uzana bilir və əlavə inzibati yük yaradır. Biz isə bu çətinlikləri aradan qaldıraraq bütün prosesi bir mərkəzə toplayırıq. Platformanın əsas dəyəri ondadır ki, o, bütün bu mərhələləri sadələşdirir və istifadəçiyə birbaşa, strukturlaşdırılmış və etibarlı məlumatlara çıxış verir. Şirkətlər artıq ayrı-ayrı mənbələrdə axtarış aparmaq əvəzinə, bütün lazımi tərəfdaşları və təchizatçıları bir platformada görə bilirlər. Bu isə həm qərarvermə prosesini sürətləndirir, həm də daha düzgün seçim etməyə imkan yaradır. Digər mühüm məqam isə əlçatanlıqdır. Platforma istənilən ölçüdə şirkət üçün eyni dərəcədə istifadəyə açıqdır- istər böyük korporasiya olsun, istərsə də kiçik və orta biznes üçün eyni şərait yaradılıb. Bu yanaşma bazarda bərabər imkanlar yaradır və hər bir şirkətin eyni səviyyədə rəqabət apara bilməsinə şərait yaradır. “Gbaru”  yalnız bir texnoloji həll deyil, həm də bizneslər arasında əlaqəni daha sadə, daha şəffaf və daha effektiv edən bir ekosistemdir. Onun əsas məqsədi mürəkkəb prosesləri sadələşdirmək və biznes dünyasını hər kəs üçün daha əlçatan etməkdir.

-Azərbaycan bazarında fəaliyyətə başlayanda hansı çətinliklərlə üzləşdiniz? Yerli bazarda fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Azərbaycan bazarında fəaliyyətə başladığımız ilk dövrlərdə qarşılaşdığımız əsas çətinliklərdən biri yerli şirkətlərin yeni rəqəmsal platformalara uyğunlaşma və adaptasiya prosesinin yavaş olması idi. Xarici bazarlarda innovativ həllər və yeni texnologiyalar daha sürətlə qəbul olunur, çünki orada biznes mühiti dəyişikliklərə və yeniliklərə daha açıqdır. Lakin ölkədə xüsusilə uzun illərdir fəaliyyət göstərən və bazarda sabit mövqeyə malik olan bir çox böyük şirkətlər daha çox ənənəvi iş modellərinə üstünlük verirlər. Onlar üçün illərdir formalaşmış prosesləri dəyişmək əlavə risk kimi görünür və buna görə də “mövcud sistem daha rahatdır” yanaşması daha çox yayılıb.

Biz isə bu yanaşmanı dəyişmək üçün şirkətlərə “Gbaru” platformasının mahiyyətini izah etdik. Çünki “Gbaru” sadəcə bir vasitə deyil, o, şirkətlər arasında əməkdaşlığı daha sürətli, daha şəffaf və daha sistemli şəkildə təşkil edən müasir bir B2B ekosistemidir. Platformanın əsas məqsədi bizneslərə vaxt və resurs qənaəti qazandırmaqla yanaşı, daha doğru tərəfdaşlarla bir araya gəlmələrini təmin etməkdir.

Məsələn, ənənəvi yanaşmada bir şirkət tender elan etdikdə uyğun təchizatçı tapmaq üçün ayrıca araşdırma aparmalı, müxtəlif şirkətlərlə fərdi şəkildə əlaqə saxlamalı olur. Bu isə həm vaxt itkisinə, həm də əlavə inzibati yükə səbəb olur. “Gbaru” platformasında isə bu proses tamamilə sadələşdirilib- şirkətlər birbaşa sistem üzərindən yoxlanılmış və etibarlı təchizatçılara çıxış əldə edirlər.

Ən mühüm üstünlüklərdən biri isə platformadakı bütün iştirakçıların əvvəlcədən yoxlanılması və seçilmiş tərəfdaşlar olmasıdır. Bu yanaşma nəticəsində sistemdə təsadüfi, qeyri-peşəkar və etibarsız şirkətlərə yer verilmir. Nəticədə bizneslər daha təhlükəsiz mühitdə əməkdaşlıq edir, risklər azalır və ümumi iş keyfiyyəti yüksəlir.

-Siz artıq həm Türkiyə, həm də Özbəkistan bazarında fəaliyyət göstərirsiniz? Bu bazarlarda əsas hansı sahələr üzrə fəaliyyət göstərirsiniz? 

-Keçən il Turan Dövlətləri İnşaatçılar və Əmlakçılar Forumunu təşkil etdik. Bu forum ilk dəfə 2023-cü ildə təşkil etmişdik. Həmin ildə Türkiyə bazarı bizimlə əməkdaşlıq etdi. Biz forumdan öncə platformanın təqdimatını Türkiyənin böyük şirkətlərinə etdik. Bizim platformada fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı 20-ə yaxındır.Bu şirkətlər Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə başlayıblar. “Gbaru” platformasına Türkiyədə böyük maraq yarandı. Buna görə də biz qərara gəldik ki, biz bu platformanı digər Turan dövlətlərində yaradaq. Hazırda Özbəkistan və Qırğızıstanda bizim təmsilçilərimiz var. Əsas məqsədimiz bu platformanı bütün dünyaya çatdırmaqdır.

-Avropa bazarına çıxışla bağlı nə deyə bilərsiniz?

-Son dövrlərdə Avropa bazarına da daxil olmuşuq. Azərbaycan diasporunun üzvü bizim şirkətin təmsilçisidir. İlk addım olaraq Çexiyada fəaliyyət göstərən Azərbaycan diasporu vasitəsilə yerli şirkətlərlə əlaqə qurduq. Hazırda Çexiya üzərindən təxminən 12 şirkət platformamızda qeydiyyatdan keçib. Onların əsas fəaliyyəti inşaat, tikinti materialları və əmlak sahələrini əhatə edir. Hətta xüsusi bir layihə üzərində işləyirik. Aprelin 30-a qədər bizə üzv olan şirkətlər arasında seçim olacaq. Həmin şirkətlər seçilərək, bütün xidmətlər biz tərəfdən qarşılanaraq bizim Avropada olan şirkətlərlə B2B görüş keçiriləcək.  Məqsəd ənənəvi görüşdən sonra platforma üzərindən əməkdaşlığı davam etdirsinlər. Biz isə yaxın dövrdə Azərbaycan, Türkiyə və Orta Asiya şirkətləri ilə Avropa şirkətləri arasında birbaşa B2B əlaqələrin qurulmasını planlaşdırırıq.

 -Şirkətin gələcək hədəfləri nədir?

-Şirkətin gələcək planları kifayət qədər iddialıdır. Əsas məqsəd platformanı dünya miqyasında tanıtmaq və daha çox şirkəti bu sistemə cəlb etməkdir. Bununla yanaşı, yerli bazarda mövqelərin daha da gücləndirilməsi də prioritet istiqamətlərdən biridir. Azərbaycan şirkətlərinin vahid platformada birləşdirilməsi və onların beynəlxalq bazara çıxışının təmin olunması strateji baxımdan böyük əhəmiyyət daşıyır. Əsas məqsədimiz yerli bazarda böyüməkdir.

Hazırda platforma 46 ölkədə aktivdir və hər bir ölkədə təmsilçilik şəbəkəsinin qurulması istiqamətində işlər aparılır. Bu isə platformanın gələcəkdə qlobal B2B ekosistemə çevrilməsi üçün mühüm zəmin yaradır.

-Xidmətləri genişləndirməyi hədəfləyirsiniz?

-Xidmətlərin əhatə dairəsi də daim genişlənir. Hal-hazırda inşaat və texnologiya sahələri daha aktiv olsa da, digər sahələrdə fəaliyyət göstərən şirkətlər də platformadan istifadə edə bilirlər. Şirkət yalnız mövcud funksionallıqla kifayətlənmir, eyni zamanda davamlı olaraq yeni imkanlar üzərində işləyir. Məqsəd istifadəçilərin platformada daha uzun müddət qalmasını təmin etmək və onların ehtiyaclarına uyğun yeniliklər təqdim etməkdir. Bu isə müştəri məmnuniyyətinin artırılması baxımından mühüm rol oynayır.

-Platformaya qoşulmaq prosesi necədir?

-Platformaya qoşulmaq prosesi isə olduqca sadə və sürətlidir. Şirkətlər öz məlumatlarını daxil edərək qısa müddət ərzində qeydiyyatdan keçə və dərhal xidmətlərdən istifadə etməyə başlaya bilirlər. Üzvlük sistemi də bazar reallıqlarına uyğun şəkildə tənzimlənib. Beynəlxalq bazar üçün illik üzvlük haqqı 300 dollar təşkil etdiyi halda, yerli şirkətlər üçün bu məbləğ güzəştli şəkildə-50% endirimlə 250 manat müəyyən edilib.

Nəticədə, “Global Builders and Realtors Unity” MMC və onun “Gbaru”platforması Azərbaycanın biznes mühitində innovativ yanaşmanın uğurlu nümunəsi kimi çıxış edir. Bu platforma yalnız şirkətlər arasında əlaqə yaratmaqla kifayətlənmir, eyni zamanda onların inkişafına, beynəlxalq bazarlara çıxışına və rəqabət qabiliyyətinin artırılmasına töhfə verir.

Gələcəkdə bu platformanın daha geniş coğrafiyanı əhatə edəcəyi və Azərbaycanın rəqəmsal biznes ekosistemində mühüm rol oynayacağına ümid edirik. Bu isə bir daha göstərir ki, düzgün strategiya və innovativ yanaşma ilə yerli ideyalar qlobal uğura çevrilə bilər.

Əlaqə: +994 55 222 64 64

[email protected]

Sayt: gbaru.com

İnstagram.com/gbaru.az

instagram.com/gbaru_com

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aynur Məmmədova: “Türkiyədən Avropaya sürətli genişlənmə”-“Gbaru beynəlxalq bazarlarda möhkəmlənir”-MÜSAHİBƏ — Fins.az — Fins.az