ABA 35 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb

ABA 35 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb

MÜSAHİBƏ
571

Finss.az - Azərbaycan Banklar Assosiasiyası ölkənin bank sektorunu birləşdirən qurum olaraq, 35 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanladığı müraciətdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin bank-maliyyə sektorunda dayanıqlı inkişafı təmin etdiyini vurğulayır.

Müraciət mətnində ABA bəyan edir ki, üzvləri ilə birlikdə bundan sonra da maliyyə-bank sisteminin dayanıqlı və innovativ inkişafına töhfə verməyə, maliyyə əlçatanlığını artırmağa və ölkənin iqtisadi inkişafını effektiv şəkildə dəstəkləməyə sadiq qalacaq. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir bank-maliyyə infrastrukturunun qurulmasında bank sektorunun bundan sonra da fəal iştirak edəcəyi bildirilir.

Müraciətdə bank icması adından Zati-aliləri cənab Prezident İlham Əliyevə göstərdiyi davamlı dəstəyə görə dərin təşəkkür ifadə olunur.

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABA 35 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb — Fins.az — Fins.az