Vətəndaşlar üçün rəqəmsal sənədlərə çıxışı asanlaşıb: “mygov” platformasının üstünlükləri

Vətəndaşlar üçün rəqəmsal sənədlərə çıxışı asanlaşıb: “mygov” platformasının üstünlükləri

IKT
1,094

Finss.az - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “mygov” vahid hökumət platformasının imkanlarını əks etdirən yeni videoçarx hazırlanıb.

Videoçarxda “mygov ilə sənədlərim hər zaman üstümdə” mesajı təqdim olunur və vətəndaşlara rəqəmsal sənədlərə operativ çıxış, onların təhlükəsiz saxlanması və rahat təqdim edilməsi imkanları göstərilir.

Qeyd olunub ki, bu videoçarx kommersiya məqsədli reklam deyil. Çarxın məqsədi vətəndaşların həyatını asanlaşdırmaq, vahid hökumət platforması olan mygov-un rəqəmsal imkanlarını təşviq etmək və ictimai məlumatlandırmanı təmin etməkdir.

Platforma dövlət xidmətləri və sənədlərə vahid məkandan çıxışı mümkün edir, bu da vətəndaşların xidmətlərə daha rahat, sürətli və əlçatan şəkildə çıxışını təmin edir. Videoçarx vətəndaşları platformanın istifadəsi və üstünlükləri barədə məlumatlandırmaq üçün nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vətəndaşlar üçün rəqəmsal sənədlərə çıxışı asanlaşıb: “mygov” platformasının üstünlükləri — Fins.az — Fins.az