Tərtərdə 186,5 hektar sahədə təkrar əkin aparılıb

Tərtərdə 186,5 hektar sahədə təkrar əkin aparılıb

IKT
877

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, tərtərli fermerlər biçilmiş taxıl sahələrinin 717 hektarında yay şumu qaldırıb, 186,5 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 61 hektarı dən üçün qarğıdalı, 1 hektarı lobya, 35 hektarı yem üçün qarğıdalı, 67 hektarı dən üçün günəbaxan, 4 hektarı şəkər çuğunduru, 6 hektarı yem üçün sorqo, 2,5 hektarı darı, 10 hektarı müxtəlif növ tərəvəz bitkiləridir.

Hazırda rayonda təkrar əkinlər davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tərtərdə 186,5 hektar sahədə təkrar əkin aparılıb — Fins.az — Fins.az