
Süni intellektin kodu kritik sistemlərdə risk yarada bilər
Fins.az - Böyük dil modellərinə həddindən artıq etibar, xüsusilə kritik sistemlərdə təhlükəli ola bilər. “Samsung Electronics”in mütəxəssisi Adil Əliyev bildirir ki, əsas risk süni intellektin doğruluğundan çox, insanların tənqidi düşünmə qabiliyyətinin zəifləməsindədir. İnsanlar səlis və inamlı təqdim olunan cavablara daha çox güvənirlər və süni intellekt də məhz belə cavablar təqdim etdiyindən, istifadəçilər tez-tez öz mühakimələrini alqoritmin nəticələri ilə əvəz edirlər. Bu, sistemlərin düzgün işləməsinə və qərar qəbuluna ciddi təsir göstərə bilər.