Süni intellekt neft-qaz sektorunda riskləri azaldır – SLB

Süni intellekt neft-qaz sektorunda riskləri azaldır – SLB

IKT
157

Süni intellekt, avtonom sistemlər və rəqəmsal modelləşdirmə neft-qaz əməliyyatlarının səmərəliliyini artırmaqla yanaşı, işçi heyəti üçün risklərin azalmasına da ciddi təsir göstərir.

Fins.az xəbər verir ki, bu barədə SLB şirkətinin təlim-tədris direktoru Leyda Monterrosa Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel sessiyada bildirib.

Onun sözlərinə görə, müasir rəqəmsal texnologiyalar artıq Yaxın Şərq, Şimali Amerika və Asiya da daxil olmaqla müxtəlif regionlarda yüksək effektivlik nümayiş etdirir.

Leyda Monterrosa qeyd edib ki, yeni texnoloji həllərin tətbiqi insidentlərin daha sürətli aşkarlanmasına və potensial təhlükəli hadisələrə reaksiya müddətinin qısaldılmasına imkan yaradır.

Onun sözlərinə görə, hazırda müşahidə olunan əsas tendensiyalardan biri aşkarlanan hadisələrin sayının artması, eyni zamanda xəbərdarlıq siqnalının ötürülməsi ilə hadisənin baş verməsi arasındakı vaxtın əhəmiyyətli dərəcədə azalmasıdır. Bu isə sənaye təhlükəsizliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

SLB nümayəndəsi əlavə edib ki, personalın hazırlanması prosesində rəqəmsal təlim platformaları və müxtəlif istehsalat ssenarilərinin modelləşdirilməsi getdikcə daha vacib rol oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Süni intellekt neft-qaz sektorunda riskləri azaldır – SLB — Fins.az — Fins.az