Süni intellekt üçün dövlət məlumat bazasının yaradılmasına start verilib - Rəşad Həsənov

Süni intellekt üçün dövlət məlumat bazasının yaradılmasına start verilib - Rəşad Həsənov

IKT
241

Fins.az – Azərbaycanda MyGov platformasında səsli xidmətlərin tətbiqi nəzərdə tutulur.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, MyGov platformasına "Voice-to-Text" və "Voice-to-Voice" texnologiyalarının inteqrasiyası planlaşdırılır.

Nazir müavini qeyd edib ki, bunun nəticəsində vətəndaşlar platformaya səsli müraciət etməklə ehtiyac duyduqları dövlət xidmətlərindən istifadə edə biləcəklər.

R.Həsənov bildirib ki, bu yenilik dövlət xidmətlərinin daha əlçatan və rahat formada təqdim olunmasına imkan yaradacaq.

O, həmçinin qeyd edib ki, Azərbaycanda dövlət qurumlarının məlumatlarının vahid platformada birləşdirilməsi istiqamətində işlərə artıq başlanılıb.

Nazir müavininin sözlərinə görə, hazırda dövlət qurumlarında çoxlu sayda elektron məlumat bazaları mövcuddur. Lakin bu bazaların əksəriyyəti fərqli formatlarda fəaliyyət göstərdiyindən və vahid standart olmadığından onlar arasında effektiv məlumat mübadiləsi mümkün olmur.

R.Həsənov vurğulayıb ki, bu səbəbdən dövlət qurumlarının məlumatlarından istifadə etməklə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması istiqamətində ilkin addımlar atılıb.

Onun sözlərinə görə, bu yanaşma gələcəkdə süni intellekt texnologiyalarının tətbiqini və məlumatların analitik emalını da əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Süni intellekt üçün dövlət məlumat bazasının yaradılmasına start verilib - Rəşad Həsənov — Fins.az — Fins.az