
Şəbəkə təhlükəsizliyi və sürətli bağlantı bizneslərin əsas üstünlüyünə çevrilir
Fins.az – Azerconnect Group intensiv rəqəmsallaşma prosesləri fonunda ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən şirkətlərinə ehtiyaclarına uyğun müxtəlif xidmətlər təqdim edir.
Şirkətin məlumatına görə, korporativ müştəriləri arasında mobil və sabit şəbəkə operatorları, internet xidmət provayderləri, həmçinin İKT sahəsi ilə yanaşı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər yer alır.
Geniş və etibarlı şəbəkə infrastrukturu
Azerconnect Group ölkə üzrə yerləşən baza stansiyaları vasitəsilə geniş əhatəli və etibarlı şəbəkə xidmətləri təqdim edir. Müasir infrastruktur və innovativ texnologiyalar əsasında qurulan şəbəkə tərəfdaşların yüksəksürətli və təhlükəsiz rabitə xidmətlərinə çıxışını təmin edir.
Bildirilib ki, təqdim olunan xidmətlər kritik əhəmiyyətli biznes əməliyyatlarından gündəlik internet istifadəsinədək müxtəlif ehtiyacların qarşılanmasına imkan yaradır.
Müasir səs xidmətləri və rəqəmsal texnologiyalar
Şirkət yüksəksürətli şəbəkə üzərində aydın və kəsintisiz zənglərin həyata keçirilməsi üçün VoLTE və VoWiFi xidmətlərini də təqdim edir. Bu texnologiyalar istifadəçilərə daha keyfiyyətli səs əlaqəsi və geniş bağlantı imkanları yaradır.
Məlumata əsasən, Azerconnect Group-un gələcəyə yönəlmiş şəbəkə infrastrukturu 5G, Əşyaların İnterneti (IoT) və digər rəqəmsal texnologiyaları tam şəkildə dəstəkləyir.
Təhlükəsizlik və fasiləsiz bağlantı
Şirkət qeyd edir ki, infrastruktur ən son təhlükəsizlik protokolları əsasında qurulub. Bu yanaşma korporativ müştərilərin məlumat təhlükəsizliyinin qorunmasına, eyni zamanda fasiləsiz və etibarlı bağlantının təmin edilməsinə imkan verir.
Beləliklə, Azerconnect Group mobil və şəbəkə xidmətləri vasitəsilə rəqəmsal transformasiya dövründə korporativ müştərilərin rabitə və bağlantı ehtiyaclarının qarşılanmasına yönəlmiş həllər təqdim edir.