Rusiyadan Azərbaycana gətirilən beş ton yararsız balıq aşkarlanıb

Rusiyadan Azərbaycana gətirilən beş ton yararsız balıq aşkarlanıb

IKT
1,471

Həştərxan vilayətinin “Astraxanski” baytar nəzarəti məntəqəsində dordurulmuş balıq partiyası saxlanılıb.

“Astraxan 24” xəbər verir ki, buzlu sazan Azərbaycana ixrac üçün nəzərdə tutulub.

Rusiya Baytar və Fitosanitar Nəzarət Federal Xidmətinin (Rosselxnadzor) əməkdaşları tərəfindən “Merkuri” sistemi ilə yoxlanış zamanı müəyyən olunub ki, məhsul istehlak müddəti bitmiş xammaldan hazırlanıb.

Bununla da, beş ton yararsız balıq məhsulunun ölkəmizə keçirilməsinin qarşısı alınıb.

Qeyd olunur ki, dondurulmuş balığın istehsalçısı Həştərxan vilayətinin İkryaninski rayonunda yerləşən bir müəssisədir. Onun inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.

Bununla yanaşı, qanunvericiliyin tələblərinə əsasən, Rosselxnadzor ölkə ərazisində bu məhsulun istehsalını və sertifikatlaşdırılmasını dayandırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyadan Azərbaycana gətirilən beş ton yararsız balıq aşkarlanıb — Fins.az — Fins.az