Nazir: Qarabağda heyvandarlıq sahəsində yarımintensiv ferma modeli tətbiq ediləcək

Nazir: Qarabağda heyvandarlıq sahəsində yarımintensiv ferma modeli tətbiq ediləcək

IKT
653

Qarabağda heyvandarlıq sahəsində yarımintensiv ferma modeli tətbiq ediləcək.

Fins.az xəbər verir ki, bunu “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O həmçinin, Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqlarının heyvandarlıq və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib.

"Bölgədə quruculuq işlərinin əsas istiqamətlərindən birini yeni logistika infrastrukturunun qurulması təşkil edir. Logistika imkanlarının genişlənməsi kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılmasına imkanlar yaradacaq", - deyə İnam Kərimov əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nazir: Qarabağda heyvandarlıq sahəsində yarımintensiv ferma modeli tətbiq ediləcək — Fins.az — Fins.az