Mobil tətbiqlərlə nömrə idarəetməsi və rəqəmsal xidmətlər genişlənir

Mobil tətbiqlərlə nömrə idarəetməsi və rəqəmsal xidmətlər genişlənir

IKT
174

Fins.azBakcell daim yenilənən və təkmilləşdirilən mobil tətbiqi vasitəsilə abonentlərinə nömrə ilə bağlı bütün əməliyyatları bir platformadan idarə etmək imkanı yaradır.

Şirkətin məlumatına görə, istifadəçilər Bakcell mobil tətbiqindən balanslarından heç bir vəsait xərcləmədən tamamilə pulsuz faydalana bilərlər.

Mobil tətbiqin əsas səhifəsində mövcud balans, internet meqabaytları, bonuslar, digər paketlərin həcmi, eləcə də nömrənin və tarifin statusu barədə bütün məlumatlar bir arada təqdim olunur.

Tətbiq vasitəsilə istifadəçilər tarifləri haqqında ətraflı məlumat əldə edə, mövcud tariflərini yeniləyə və ya ehtiyaclarına uyğun digər tariflərə bir toxunuşla keçid edə bilərlər.

Bakcell mobil tətbiqi həmçinin istifadəçilərə internet paketlərini sürətli şəkildə aktivləşdirmək, dayandırmaq və ya fərqli paketlə əvəz etmək imkanı təqdim edir.

Şirkət bildirir ki, tətbiq vasitəsilə plastik SIM kartdan eSIM nömrəyə olduğu yerdən keçid etmək də mümkündür.

Bundan əlavə, mobil tətbiqdə balansın onlayn artırılması, bir neçə nömrənin idarə olunması, yeniliklərlə bağlı bildirişlərin alınması, CINKredit və KlassKredit kimi əlavə xidmətlərdən istifadə imkanları da mövcuddur.

Bakcell-in məlumatına əsasən, mobil tətbiq həm iOS, həm də Android əməliyyat sistemlərini dəstəkləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mobil tətbiqlərlə nömrə idarəetməsi və rəqəmsal xidmətlər genişlənir — Fins.az — Fins.az