May ayında Azərbaycanda internet brauzerlərinin bazar payları açıqlanıb

May ayında Azərbaycanda internet brauzerlərinin bazar payları açıqlanıb

IKT
189

2026-cı ilin may ayında "Google Chrome" internet brauzeri Azərbaycanda istifadəçilər arasında ən populyar brauzer statusunu qoruyub saxlayıb.

Fins.az-ın "Global Stats" Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, hesabat dövründə "Google Chrome"un Azərbaycan bazarındakı payı 81,04 faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 1,53 faiz bəndi artıb.

Məlumata əsasən, may ayında "Safari" internet brauzerinin bazar payı 8,25 faiz olub. Bu isə əvvəlki ayla müqayisədə 1,99 faiz bəndi azalma deməkdir.

Azərbaycan bazarında ən çox istifadə olunan brauzerlər sırasında növbəti yerdə "Firefox" qərarlaşıb. Onun bazar payı 2,01 faiz bəndi artaraq 2,59 faizə yüksəlib.

Hesabat dövründə "Samsung" internet brauzerinin bazar payı da artım nümayiş etdirib. Belə ki, onun payı 0,5 faiz bəndi yüksələrək 3,4 faizə çatıb.

Eyni zamanda, "Opera" internet brauzerinin bazar payı 0,43 faiz bəndi azalaraq 1,83 faiz təşkil edib.

May ayında "Edge" internet brauzerinin Azərbaycan bazarındakı payı da azalma qeydə alıb. Belə ki, onun bazar payı 0,4 faiz bəndi geriləyərək 1,44 faizə enib.

Hesabat dövründə "Brave" internet brauzerinin bazar payı da aşağı düşüb. Məlumata görə, bu göstərici 0,14 faiz bəndi azalaraq 0,31 faiz olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
May ayında Azərbaycanda internet brauzerlərinin bazar payları açıqlanıb — Fins.az — Fins.az