
İnternet xidmətlərində əlavə üstünlüklər: Pulsuz cihaz təklifi
Fins.az - “CityNet” internet provayderi istifadə müddəti ərzində yeni nəsil Wi-Fi ruter və TV-box cihazlarının abunəçilərə pulsuz təqdim olunduğunu açıqlayıb.
Məlumata görə, qoşulma zamanı seçilən tarif üzrə bir aylıq ödəniş həyata keçirildikdə müştərilərə müasir texnologiyaya əsaslanan ruter və TV-box cihazları ödənişsiz verilir.
Qeyd olunur ki, abunəlik müddəti boyunca bu cihazlardan istifadə üçün əlavə ödəniş tələb olunmur və xidmət tamamilə pulsuz şəkildə davam etdirilir.