Bu il Azərbaycanda dövlət qurumlarına 21 yeni domen verilib
2026-cı ilin yanvar–may aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 21 yeni domen verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Hesabat dövründə dövlət qurumlarına 183 yeni subdomen də təqdim olunub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 78% artım deməkdir.
Məlumatı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yayıb. 2025-ci ildə isə dövlət qurumları ümumilikdə 65 yeni domen və 285 yeni subdomen əldə etmişdi. Bu dinamika dövlət sektorunda rəqəmsal infrastrukturun genişləndirilməsinin davam etdiyini göstərir.