
Bu il Azərbaycanda 68,5 milyon zərərli keçid bloklanıb
2026-cı ilin yanvar–may aylarında “AzStateNet” şəbəkəsi üzrə 68 milyon 545 min zərərli keçid bloklanıb. Məlumat Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin statistik göstəricilərinə əsaslanır.
Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 953 min 800, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 49 min 24 zərərverici tərkibli elektron sənəd bloklanıb. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26% və 19% azalma deməkdir.
2025-ci ilin müvafiq dövründə isə “AzStateNet” üzrə 449,39 milyon zərərli keçid, mərkəzi antivirus sistemi ilə 26 milyon 525 min 400, “Sandbox” sistemi ilə isə 96 min 794 zərərverici sənəd bloklanmışdı. Bu isə ümumi kibertəhdidlərin əhəmiyyətli şəkildə azaldığını göstərir.