İctimai bulud modeli bizneslər üçün yeni imkanlar yaradır

İctimai bulud modeli bizneslər üçün yeni imkanlar yaradır

IKT
89

Fins.az – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azerbaijan International Telecom” MMC (AzInTelecom) ictimai bulud xidməti təqdim edir.

Şirkətin məlumatına görə, ictimai bulud geniş istifadəçi bazası üçün nəzərdə tutulmuş açıq bulud xidmətidir. Bu model istifadəçilərə rahat giriş imkanı yaratmaqla yanaşı, resursların bir neçə istifadəçi arasında bölüşdürülməsi hesabına xərclərin azalmasına şərait yaradır.

AzInTelecom-un təqdim etdiyi AzInCloud ictimai bulud xidməti şirkətlərə və fərdi istifadəçilərə məlumatların saxlanılması, tətbiqlərin idarə olunması və hesablama gücünün paylaşılması üçün sürətli və təhlükəsiz imkanlar təqdim edir.

Bundan əlavə, xidmət daha sərfəli, elastik və miqyaslana bilən infrastruktur imkanları yaratmaqla bizneslərin rəqəmsal transformasiyasına dəstək verir.

Şirkət bildirir ki, ictimai bulud xidməti haqqında daha ətraflı məlumatı azincloud.az saytından əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...