HP kənd təsərrüfatı sahəsində subsidiya verilməsində əsas problemi açıqlayıb

HP kənd təsərrüfatı sahəsində subsidiya verilməsində əsas problemi açıqlayıb

IKT
622

“Kənd təsərrüfatında subsidiyaların verilməsində əsas problem torpaqların sənədləri ilə bağlıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, subsidiyaların verilməsində bu, çox ciddi məsələlərdən biridir: “Prezident İlham Əliyevin bu problemin aradan qaldırılması ilə bağlı tapşırığı var”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Tahir Mirkişili isə bildirib ki, bu gün subsidiya alanlardan cəmi 35%-nin sənədi, çıxarışı var.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
HP kənd təsərrüfatı sahəsində subsidiya verilməsində əsas problemi açıqlayıb — Fins.az — Fins.az