Heyvandarlıq məhsullarının istehsalı artıb

Heyvandarlıq məhsullarının istehsalı artıb

IKT
619

Cari ilin birinci rübündə Ağsu rayonunun heyvandarları uğurlu nəticələr əldə ediblər. Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi şəraitində fermerlər və fiziki şəxslər məhsul istehsalında artıma nail olublar.

Rayon statistika idarəsindən Fins.az-a bildirilib ki, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda məhsul istehsalı 2020-ci ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, üç ayda diri çəkidə 1313 ton ət istehsal edilib ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 ton çoxdur. Habelə, süd istehsalı 10 ton artaraq 6994 tona, yumurta istehsalı 153 min ədəd çoxalaraq 4 milyon 142 min ədədə çatıb.

Qeyd edək ki, hazırda rayonda 38 min 359 baş iribuynuzlu, 183 min 527 baş davar var.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Heyvandarlıq məhsullarının istehsalı artıb — Fins.az — Fins.az