Goranboyda 15,5 ton yaş barama istehsalı gözlənilir

Goranboyda 15,5 ton yaş barama istehsalı gözlənilir

IKT
637

Goranboyda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın da inkişafı diqqətdə saxlanılır. Cari məhsul ilində rayonda 15,5 ton yaş barama istehsalı gözlənilir.

Rayon icra hakimiyyətindən Fins.az-a bildirilib ki, bu məqsədlə Goranboya 370 qutu olmaqla, 7400 qram ipəkqurdunun gətirilməsi planlaşdırılır.

Bu məqsədlə yerlərdə kümçülərlə maarifləndirici söhbətlər aparılıb, baramanın saxlanılması üçün kümxanalar hazırlanıb. Yaxın vaxtlarda ipəkqurdularının gətirilməsi və kümçülərə paylanması təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Goranboyda 15,5 ton yaş barama istehsalı gözlənilir — Fins.az — Fins.az