
Google və ChatGPT-nin Azərbaycandakı payları açıqlanıb
“Google” və ChatGPT platformalarının Azərbaycandakı bazar payı açıqlanıb.
Fins.az-ın Global Stats statistika mərkəzinə istinadən verdiyi məlumata görə, 2026-cı ilin aprel ayında Google şirkətinin Azərbaycandakı bazar payı 99.68% təşkil edib. Bu göstərici aylıq müqayisədə 0.09 faiz bəndi artıb.
Qeyd olunur ki, cari ilin mart ayında Google-un Azərbaycan üzrə bazar payı 99.59% olub.
Eyni dövrdə ChatGPT-nin Azərbaycandakı bazar payı 0.32% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.09 faiz bəndi azalma deməkdir. 2026-cı ilin mart ayında isə bu göstərici 0.41% olub.