Gələn il özünüməşğulluğa cəlb kənd təsərrüfatı üzrə olacaq

Gələn il özünüməşğulluğa cəlb kənd təsərrüfatı üzrə olacaq

IKT
1,369

Özünüməşğulluq tədbirlərinə xərclənən vəsaitin böyük əksəriyyəti kənd təsərrüfatının payına düşür.

“Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əks olunan məlumata istinadən xəbər verir ki, 2021-ci ildə özünüməşğulluğa cəlb olunanların 7200 nəfəri və ya 71,0%-i kənd təsərrüfatı sahəsi üzrə, 1648 nəfəri və ya 16,3%-i xidmət sahəsi üzrə, 1293 nəfəri və ya 12,7%-i istehsal sahəsi üzrə təşkil edib. Cari ilin sonuna özünüməşğulluğa cəlb olunanların 10100 nəfəri və ya 99,5%-i kənd təsərrüfatı sahəsi üzrə, 20 nəfəri və ya 0,2%-i xidmət sahəsi üzrə, 27 nəfəri və ya 0,3%-i isə istehsal sahəsi üzrə olması, 2023-cü ildə isə özünüməşğulluğa cəlb olunması planlaşdırılan şəxslərin 10600 nəfəri və ya 100,0%-i kənd təsərrüfatı sahəsi üzrə olacağı gözlənilir.

2021-ci ildə özünüməşğulluq istiqaməti üzrə aktivlərlə təmin edilmiş şəxslərdən bir iştirakçıya düşən kənd təsərrüfatı sahəsi üzrə zərfin məbləği 5771,0 manat olub, 2022-ci ildə 6533,0 manat, növbəti ildə isə 7520,0 manat olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gələn il özünüməşğulluğa cəlb kənd təsərrüfatı üzrə olacaq — Fins.az — Fins.az