Fərdi bulud məlumatların təhlükəsiz saxlanılmasını təmin edir

Fərdi bulud məlumatların təhlükəsiz saxlanılmasını təmin edir

IKT
187

Fins.azAzərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azerbaijan International Telecom” MMC (AzInTelecom) fərdi bulud xidməti təqdim edir.

Fərdi bulud tək bir istifadəçi və ya müəssisə üçün xüsusi olaraq ayrılmış bulud infrastrukturu təqdim edir. Bu həll şəxsi məlumatların, faylların və tətbiqlərin təhlükəsiz saxlanmasını və idarə olunmasını təmin edən özəl bulud sistemi kimi çıxış edir.

Fərdi bulud istifadəçiyə yalnız özünün idarə edə biləcəyi xüsusi bir mühit yaradır. Xidmət vasitəsilə istifadəçilər məlumatlara istənilən yerdən və istənilən cihazdan giriş əldə edə bilirlər. Eyni zamanda, sistem məlumatların məxfiliyini və təhlükəsizliyini qoruyur, avtomatik yedəkləmə və faylların sinxronizasiyası imkanlarını təmin edir.

Fərdi bulud modeli məlumatların və resursların tamamilə ayrılmış mühitdə saxlanılması və idarə edilməsi ilə istifadəçilər üçün yüksək səviyyədə məxfilik və təhlükəsizlik yaradır. Fərdi bulud infrastrukturunun yerli, virtual və idarəedilən bulud kimi bir sıra növləri mövcuddur.

Ümumilikdə, fərdi bulud istifadəçilərə məlumatlarını xüsusi ehtiyaclarına uyğun olaraq özəl və ya paylaşılabilən mühitdə saxlamaq imkanı verir, həmçinin məlumat təhlükəsizliyinin artırılmasına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...