eSIM texnologiyası ilə mobil rabitədə yeni təcrübə

eSIM texnologiyası ilə mobil rabitədə yeni təcrübə

IKT
110

Fins.az - Bakcell müasir mobil rabitə həlli olan eSIM xidmətinin üstünlüklərini təqdim edib.

Şirkətin məlumatına görə, eSIM texnologiyası istifadəçilərə fiziki SIM kart olmadan mobil rabitə xidmətlərindən yararlanmağa imkan verir. Bu texnologiyanın əsas üstünlüklərindən biri eyni cihazda bir neçə nömrədən istifadə imkanının yaradılmasıdır.

Bakcell eSIM xidməti həmçinin nömrənin dərhal aktivləşdirilməsini təmin edir. Beləliklə, istifadəçilər SIM kartın əldə olunmasını və cihazda yerləşdirilməsini gözləmədən xidmətlərdən yararlana bilirlər.

eSIM-in aktivləşdirilməsi üçün mobil telefonun internetə qoşulu olması vacibdir. Xidmət eSIM texnologiyasını dəstəkləyən Android və iOS cihazlarında istifadə oluna bilər.

Mütəxəssislərin fikrincə, eSIM texnologiyası mobil rabitədə daha çevik və rahat istifadə imkanları yaratmaqla yanaşı, plastik SIM kartlardan istifadənin azalmasına da töhfə verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
eSIM texnologiyası ilə mobil rabitədə yeni təcrübə — Fins.az — Fins.az