
“Elm və sənaye klasteri 4.0” formalaşdırılması üzrə əməkdaşlıq davam edir
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “Elm və sənaye klasteri 4.0”ın formalaşdırılması, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın icrası ilə bağlı 4SİM Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq edir.
Fins.az xəbər verir ki, proqram çərçivəsində daha çox tələbənin yerli müəssisələrin texnoloji diaqnostikası və transformasiyası üçün yol xəritələrinin hazırlanması prosesinə təcrübəçi qismində cəlbi nəzərdə tutulub.
4SİM-in AzTU ilə tərəfdaşlığı çərçivəsində “4Sİ Akademiyası - Milli Proqram”dan Universitetin 1177 tələbə və əməkdaşı faydalanıb. Onlar “Coursera” platformasında data elmi, kibertəhlükəsizlik, STEM sahəsinə daha çox maraq göstəriblər və ümumilikdə 2779 beynəlxalq sertifikat əldə ediblər.
Aynur Bayramova
Fins.az

