Dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kibersuverenliyinin qarantıdır – Rasim Əliquliyev

Dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kibersuverenliyinin qarantıdır – Rasim Əliquliyev

IKT
466

Fins.az - ETN İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı keçirilib.

Açılış mərasimində AMEA vitse-prezidenti Rasim Əliquliyev rəqəmsal transformasiya və kibertəhlükəsizliyin dövlət siyasətində prioritet olduğunu vurğulayıb, dayanıqlı rəqəmsal arxitekturanın kibersuverenliyin təminatçısı olduğunu bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Elşad Nəsirov kiberməkanda milli təhlükəsizlik və dövlət maraqlarının qorunmasının vacibliyini diqqətə çatdırıb.

Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov kritik informasiya infrastrukturunun qorunması və normativ-hüquqi bazanın əhəmiyyətini qeyd edib, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev isə kibersuverenliyin təmin olunmasında yüksək ixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulayıb.

Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər müvafiq qurumların nümayəndələri çıxış edərək dövlət informasiya sistemlərinin qorunması və kiberməkandakı risklərə qarşı əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Konfrans işini bölmə iclasları ilə davam etdirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...