Bizneslər üçün dayanıqlı İT həllər – Bestcomp Group-un yeni modeli

Bizneslər üçün dayanıqlı İT həllər – Bestcomp Group-un yeni modeli

IKT
173

Fins.az - Bestcomp Group müasir, məlumat yönümlü biznes mühitində əməliyyatların davamlılığını və inkişafını təmin etmək məqsədilə açar təslim data mərkəzi həlləri təqdim edir.

Şirkətin məlumatına görə, yeni xidmətlər müştərilərin İT ehtiyaclarını qarşılayan miqyaslana bilən, enerji baxımından səmərəli və yüksək təhlükəsizlik standartlarına cavab verən infrastrukturun qurulmasına yönəlib.

Təklif olunan xidmət paketi məlumat mərkəzinin dizaynı, tikintisi və idarə olunması daxil olmaqla bütün mərhələləri əhatə edir. Bu yanaşma sistemlərin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etməyə xidmət edir.

Bestcomp Group-un açıqlamasında bildirilir ki, şirkətin mütəxəssis komandası Uptime Institute, Schneider Electric, HPE, Eaton, Cisco və digər aparıcı beynəlxalq texnologiya şirkətlərinin sertifikatlarına malikdir. Hər bir layihə müştərilərin fərdi tələblərinə uyğun şəkildə planlaşdırılır və icra olunur.

Şirkət qeyd edir ki, yeni data mərkəzlərinin qurulması və ya mövcud infrastrukturun modernləşdirilməsi üçün təqdim edilən açar təslim həllər bizneslərə daha yüksək etibarlılıq, çeviklik və əməliyyat səmərəliliyi qazandırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bizneslər üçün dayanıqlı İT həllər – Bestcomp Group-un yeni modeli — Fins.az — Fins.az