“Azərkosmos”un peyk xidmətləri ixracı 11,1% artıb

“Azərkosmos”un peyk xidmətləri ixracı 11,1% artıb

IKT
277

2026-cı ilin yanvar-fevral aylarında Azərkosmos 32 ölkəyə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi-nin (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə mart sayında məlumat verilib.

Məlumata əsasən, xidmət ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon manat və ya 11,1% artım nümayiş etdirib.

Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlirlər ümumi gəlirlərinin 65%-ni təşkil edib ki, bu da şirkətin beynəlxalq bazarlarda aktivliyinin artdığını göstərir.

Eyni zamanda, peyk telekommunikasiya xidmətlərinin ixracında əsas tərəfdaş ölkələr sırasında Birləşmiş Krallıq 710,4 min ABŞ dolları ilə birinci, Lüksemburq 545,4 min ABŞ dolları ilə ikinci, İsveç 374,4 min ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb. Siyahıda həmçinin Türkiyə 162 min ABŞ dolları və Pakistan 152,5 min ABŞ dolları ilə ilk beşliyi tamamlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Azərkosmos”un peyk xidmətləri ixracı 11,1% artıb — Fins.az — Fins.az