Azərbaycanın rəqəmsal identifikasiya infrastrukturu gücləndirilir

Azərbaycanın rəqəmsal identifikasiya infrastrukturu gücləndirilir

IKT
1,438

Fins.az - Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüş keçirib.

Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verilib. “Entrust” ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Sonda “Entrust” və “AzInTelecom” arasında əməkdaşlığa dair memorandum imzalanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın rəqəmsal identifikasiya infrastrukturu gücləndirilir — Fins.az — Fins.az