Azərbaycanın İnternet Sürəti Artıb – “Ookla” Speedtest Global Index Hesabatı

Azərbaycanın İnternet Sürəti Artıb – “Ookla” Speedtest Global Index Hesabatı

IKT
256

Fins.az - Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” aprel ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib. 

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,57 Mb/s, mobil internetin median sürəti isə 94,64 Mb/s olub. 

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,41 Mb/s (18,68 %), mobil internetin sürəti isə 20,51 Mb/s (27,67 %) artıb.

Paytaxtların müqayisəsinə gəlincə isə apreldə Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 91,71 Mb/s, mobil internetin median sürəti isə 114,26 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,96 Mb/s (19,49 %), mobil internetin sürəti isə 23,63 Mb/s (26,07 %) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...