Azərbaycanda “YouTube” istifadəçilərinin fəallığı artıb, “Facebook” geriləyib

Azərbaycanda “YouTube” istifadəçilərinin fəallığı artıb, “Facebook” geriləyib

IKT
342

2026-cı ilin mart ayında Azərbaycanda sosial şəbəkə istifadəçilərinin aktivliyində dəyişikliklər müşahidə olunub.

Fins.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, bu dövrdə “YouTube” platformasının payı əvvəlki ayla müqayisədə 4,57 faiz bəndi artaraq 28,69%-ə yüksəlib və lider mövqeyini qoruyub.

Reytinqdə ikinci yerdə qərarlaşan “Facebook” isə əksinə, ciddi geriləmə nümayiş etdirib. Platformanın payı aylıq müqayisədə 11,03 faiz bəndi azalaraq 26,32%-ə düşüb.

Siyahıda üçüncü yeri tutan “Instagram” istifadəçilərinin payı isə artım göstərərək 19,01%-ə çatıb. Bu platforma üzrə artım 2,28 faiz bəndi təşkil edib.

Digər sosial şəbəkələr arasında “Pinterest” 8,69% payla dördüncü yerdə qərarlaşıb, lakin onun göstəricisi 0,88 faiz bəndi azalıb. “X” (keçmiş Twitter) platforması isə 7,77% ilə beşinci yerdə yer alıb və aylıq 2,56 faiz bəndi artım nümayiş etdirib.

Reytinqdə altıncı pillədə qərarlaşan “LinkedIn” platformasının payı da artaraq 4,4%-ə yüksəlib. Digər sosial şəbəkələrin ümumi payı isə 5,12% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda “YouTube” istifadəçilərinin fəallığı artıb, “Facebook” geriləyib — Fins.az — Fins.az