Azərbaycanda sosial şəbəkələrin REYTİNQİ

Azərbaycanda sosial şəbəkələrin REYTİNQİ

IKT
428

2026-cı ilin fevral ayında Azərbaycanda istifadəçilərin Instagram sosial şəbəkəsində aktivliyi əvvəlki ayla müqayisədə 4,26 faiz bəndi azalaraq 16,85 faiz təşkil edib.

Fins.az Global Stats Statistik Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, sosial şəbəkələr üzrə istifadə payına görə birinci yerdə Facebook qərarlaşıb. Hesabat ayında platformanın payı aylıq ifadədə 10,92 faiz bəndi artaraq 39,8 faizə çatıb.

Siyahıda üçüncü yeri 21,93 faiz göstərici ilə YouTube tutur ki, bu da əvvəlki ayla müqayisədə 0,69 faiz bəndi azalma deməkdir.

Bu göstəriciyə görə dördüncü yerdə Pinterest sosial şəbəkəsi qərarlaşıb. Platformanın yerli bazardakı payı ötən ayla müqayisədə 2,16 faiz bəndi azalaraq 8,83 faiz təşkil edib.

Media platforması LinkedIn 5,79 faiz göstərici ilə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlıq üzrə beşinci yeri tutub (ay ərzində 1,94 faiz bəndi azalma).

Reytinqdə altıncı yeri isə 5,38 faiz göstərici ilə X platforması tutub ki, bu da əvvəlki ayla müqayisədə 1,58 faiz bəndi azalma deməkdir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sosial şəbəkələrin REYTİNQİ — Fins.az — Fins.az