Azərbaycanda quş əti və yumurtaların istehsal həcmi artıb

Azərbaycanda quş əti və yumurtaların istehsal həcmi artıb

IKT
438

2023-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 76,0 min ton quş əti və 1053,5 milyon ədəd yumurta istehsal olunub.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ümumilikdə 2022-ci illə müqayisədə bu müəssisələr üzrə cəmi quşların sayı artaraq 11265,0 min baş olub.

Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, orta hesabla hər yumurtlayan toyuqdan 2022-ci illə müqayisədə daha çox, 244 ədəd yumurta alınıb.

Xatırladaq ki, 2022-ci ildə ümumilikdə müəssisələr üzrə cəmi quşların sayı 10886,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 240 ədəd yumurta alınıb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda quş əti və yumurtaların istehsal həcmi artıb — Fins.az — Fins.az