Azərbaycanda “Google” və “ChatGPT”nin bazar payı açıqlanıb

Azərbaycanda “Google” və “ChatGPT”nin bazar payı açıqlanıb

IKT
402

“Google” və “ChatGPT”nin Azərbaycan üzrə bazar payı açıqlanıb.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin yanvar ayında “Google”un Azərbaycandakı bazar payı 99,69% təşkil edib.

Məlumata əsasən, bu göstərici aylıq müqayisədə dəyişməz qalıb. Belə ki, 2025-ci ilin dekabr ayında da “Google”un Azərbaycandakı bazar payı 99,69% səviyyəsində olub.

Hesabat dövründə “ChatGPT”nin Azərbaycan üzrə bazar payı isə 0,31% təşkil edib. Bu göstərici də ötən ilin dekabr ayı ilə müqayisədə dəyişməyib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayında da “ChatGPT”nin Azərbaycandakı bazar payı 0,31% səviyyəsində qeydə alınmışdı. Statistik göstəricilər ölkədə axtarış və süni intellekt əsaslı platformalar üzrə bazar payının sabitliyini göstərir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda “Google” və “ChatGPT”nin bazar payı açıqlanıb — Fins.az — Fins.az