Azərbaycanda ixtira edilən 4 yeni kartof sortu fermerlərə təqdim olunacaq

Azərbaycanda ixtira edilən 4 yeni kartof sortu fermerlərə təqdim olunacaq

IKT
692

Azərbaycanda 4 yeni kartof sortu fermerlərə təqdim edilməyə hazırdır.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

O bildirib ki, yeni ixtira olunan kartof sortları artıq şəhadətnamə alınma ərəfəsindədir: "Yeni kartof sortları "Çənlibel", "Turan", "Vaqif" və "Uğur" adlandırılıb. Bu sortlar bu il, ya da növbəti ildə fermerlərə təqdim ediləcək. Artıq həmin sortların nümayiş əkinləri başlanıb. Hazırda Gədəbəy rayonunda 4 sotda yeni kartoflar əkilib. Yeni kartof sortları digərlərindən daha məhsuldardır, xarici sortlarla qarışığı yoxdur".

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ixtira edilən 4 yeni kartof sortu fermerlərə təqdim olunacaq — Fins.az — Fins.az