
Azərbaycanda ən populyar smartfon brendləri açıqlanıb – SİYAHI
Azərbaycanda mobil cihaz bazarında ən populyar smartfon brendləri məlum olub.
Fins.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, 2026-cı ilin mart ayında Apple 23,9% bazar payı ilə ilk pillədə qərarlaşıb.
Bu göstərici əvvəlki ayla müqayisədə 0,88 faiz bəndi, 2025-ci ilin mart ayı ilə müqayisədə isə 4,81 faiz bəndi artım deməkdir ki, bu da brendin bazardakı mövqeyinin gücləndiyini göstərir.
İkinci yerdə Samsung qərarlaşıb. Bu markanın bazar payı aylıq müqayisədə 0,96 faiz bəndi artsa da, illik müqayisədə 5,5 faiz bəndi azalaraq 23,19%-ə düşüb.
Üçüncü pillədə Xiaomi yer alıb. Şirkətin bazar payı həm aylıq, həm də illik müqayisədə azalma göstərərək 18,3% təşkil edib.
Reytinqdə dördüncü yeri Honor tutub. Bu brendin bazar payı aylıq müqayisədə artsa da, illik ifadədə cüzi azalma ilə 8,88% olub.
Digər smartfon brendlərinin ümumi bazar payı isə 25,73% təşkil edib.
Beləliklə, statistik göstəricilər Azərbaycanda mobil cihaz bazarında rəqabətin davam etdiyini və xüsusilə premium seqmentdə liderliyin Apple tərəfindən qorunduğunu göstərir.