Azərbaycanda ən populyar smartfon brendləri açıqlanıb

Azərbaycanda ən populyar smartfon brendləri açıqlanıb

IKT
321

Fins.az - 2026-cı ilin aprel ayında Azərbaycanda smartfon bazarının strukturu açıqlanıb və liderlik mövqeyi “Apple” tərəfindən qorunub.

“Global Stats” Statistika Mərkəzinin məlumatına görə, Apple smartfonlarının bazar payı 26,1% təşkil edib. Bu göstərici həm əvvəlki aya, həm də 2025-ci ilin aprel ayına nisbətən artım nümayiş etdirib.

Bazarın ikinci ən böyük seqmentini 22,89% payla “unknown” kimi göstərilən brendlər təşkil edib. Üçüncü yerdə isə “Samsung” 21,73% payla qərarlaşıb və azalma tendensiyası göstərib.

“Xiaomi” 18,75% payla dördüncü, “Honor” isə 5,19% ilə beşinci yerdə yer alıb. Digər markalar birlikdə 5,34% bazar payına sahib olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ən populyar smartfon brendləri açıqlanıb — Fins.az — Fins.az