
Azərbaycanda ən populyar əməliyyat sistemləri açıqlanıb
2026-cı ilin mart ayında Azərbaycanda Android əməliyyat sisteminin bazar payı ötən ayla müqayisədə 1,9 faiz bəndi artaraq 37,92%-ə çatıb.
Fins.az xəbər verir ki, məlumat Global Stats tərəfindən açıqlanıb.
Hesabata əsasən, ölkədə ən populyar ikinci əməliyyat sistemi Microsoft Windows olub. Lakin bu sistemin bazar payı fevral ayı ilə müqayisədə 5,21 faiz bəndi azalaraq 26,33%-ə enib.
Üçüncü pillədə isə iOS qərarlaşıb. Bu əməliyyat sisteminin bazar payı ötən ayla müqayisədə 1,5 faiz bəndi artaraq 18,62% təşkil edib.
Beləliklə, mart ayı statistikası Azərbaycanda əməliyyat sistemləri bazarında mobil platformaların payının artdığını, xüsusilə Android və iOS-un yüksəliş trendində olduğunu göstərir.