Azərbaycanda ən çox və ən az istifadə olunan sosial şəbəkə hansılardır?

Azərbaycanda ən çox və ən az istifadə olunan sosial şəbəkə hansılardır?

IKT
438

Ötən ay Azərbaycanda ən populyar sosial şəbəkə “Instagram” olub.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin iyun ayında ölkədə “Instagram” istifadəçilərinin payı 32,07% təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 7,9 faiz bəndi artıb.

Eyni dövrdə “Facebook” istifadəçilərinin payı 26,08%-ə yüksələrək 10,89 faiz bəndi artıb. “YouTube” istifadəçilərinin payı isə 20,57% olaraq 16,52 faiz bəndi azalıb.

Ən az istifadə olunan sosial şəbəkə isə 1% ilə “LinkedIn” olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ən çox və ən az istifadə olunan sosial şəbəkə hansılardır? — Fins.az — Fins.az