
Azərbaycanda ChatGPT bazar payı 83,09%-ə enib, Google Gemini 11,62%-ə yüksəlib
Ötən ay Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz və planşet) süni intellekt (AI) “chatbot”u olan ChatGPT bazarın 83,09%-ni təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə “Statcounter” agentliyinin məlumatında bildirilir.
Məlumata görə, ChatGPT-nin bazar payı əvvəlki aya nisbətən 1,53 faiz bəndi azalıb və ardıcıl 3-cü aydır ki, pay düşür; ümumi azalma 12% təşkil edib. İkinci yerdə Google Gemini qərarlaşıb, onun bazar payı 1,60 faiz bəndi artaraq 11,62%-ə çatıb. Üçüncü yerdə Perplexity, dördüncü Microsoft Copilot, beşinci isə Claude platformaları yer alıb.
Platformalara görə paylar belədir:
Kompüterlərdə: ChatGPT – 83,27 %, Google Gemini – 10,96 %, Perplexity – 3,02 %, Microsoft Copilot – 1,77 %, Claude – 0,98 %
Mobil cihazlarda: ChatGPT – 81,73 %, Google Gemini – 16,75 %, Perplexity – 1,02 %, Microsoft Copilot – 0,51 %
Planşetlərdə: ChatGPT – 100 %
Beləliklə, mobil və kompüter platformalarında ChatGPT bazar payını itirir, Google Gemini isə yüksəlişdədir, planşet istifadəçiləri isə hələ də tamamilə ChatGPT-dən istifadə edir.