
Azərbaycanda axtarış və süni intellekt platformalarının bazar payları açıqlanıb
2026-cı ilin fevral ayında Azərbaycanda “Google” və “ChatGPT” şirkətlərinin bazar payı açıqlanıb.
Fins.az Global Stats Statistik Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, fevral ayında “Google”un bazar payı 99,57 faiz təşkil edib. Bu, yanvar ayı ilə müqayisədə 0,13 faiz bəndi azalma deməkdir.
Eyni dövrdə süni intellekt platforması “ChatGPT”nin bazar payı 0,43 faiz olub ki, bu da əvvəlki ayla müqayisədə 0,13 faiz bəndi artım deməkdir. Yanvar ayında “ChatGPT”nin payı 0,3 faiz təşkil edirdi.
Məlumatda qeyd olunub ki, “Google” Azərbaycanda hələ də dominant mövqedə qalır, lakin “ChatGPT”nin artımı ölkədə süni intellekt texnologiyalarına marağın yüksəldiyini göstərir.
Fuad Mədətov
Fins.az