Azərbaycan ərazisinə toxum idxal edən fiziki və hüquqi şəxslərin nəzərinə!

Azərbaycan ərazisinə toxum idxal edən fiziki və hüquqi şəxslərin nəzərinə!

IKT
806

Azərbaycan Respublikasının ərazisinə yalnız Dövlət Reyestrində qeydiyyata alınan sort, hibrid və cinslərin toxumlarının idxalına icazə verilir.

Aqrar Xidmətlər Agentliyindən bildiriblər ki, Azərbaycan Respublikasının “Seleksiya nailiyyətləri haqqında” və “Toxumçuluq haqqında” qanunlarının müvafiq bəndlərinə uyğun olaraq, Dövlət Reyestrində qeydiyyatda olmayan sort, hibrid və cinslərin toxumlarının idxalına icazə verilməsi məqsədilə sənədləşmə işlərinin vaxtında həyata keçirilməsi üçün sahibkarlar (fiziki və hüquqi şəxslər) sənədlərini əkin materialı ölkəyə gətirilməmişdən ən azı 1 ay öncədən Aqrar Xidmətlər Agentliyinə təqdim etməlidirlər.

Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Dövlət Reyestrində qeydiyyatda olmayan sort, hibrid və cinslərin toxumlarının yalnız sınaq məqsədilə və məhdud həcmdə ölkəyə gətirilməsinə icazə veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ərazisinə toxum idxal edən fiziki və hüquqi şəxslərin nəzərinə! — Fins.az — Fins.az