
Azərbaycan bazarında AI çat-botlarının payları açıqlanıb - SİYAHI
2026-cı ilin fevral ayında Azərbaycanda “OpenAI” tərəfindən yaradılmış süni intellekt modeli “ChatGPT”nin istifadə payı 79,98%-ə düşüb.
Fins.az Global Stats Statistik Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 0,51 faiz bəndi azalma deməkdir.
Eyni dövrdə digər AI çat-botlarının bazar payları isə belə olub:
“Microsoft Copilot” – 3,26%
“Google Gemini” – 7,5%
“Perplexity” – 7,88%
“Claude” – 1,37%
Beləliklə, “ChatGPT” hələ də lider olsa da, rəqibləri ilə aradakı fərq bir qədər azalır. Statistik göstəricilər Azərbaycanda süni intellekt bazarının dinamik şəkildə dəyişdiyini və rəqabətin artdığını göstərir.
Fuad Mədətov
Fins.az