Ağdaşda süni mayalandırma yolu ilə üç ayda mindən çox baş buzov alınıb

Ağdaşda süni mayalandırma yolu ilə üç ayda mindən çox baş buzov alınıb

IKT
650

Aqrar bölgə olan Ağdaş rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda burada 71 min 953 baş iribuynuzlu mal-qara bəslənilir. Son illərdə heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar. Doğulan hər buzova görə dövlət tərəfindən verilən subsudiya da bu marağı artırıb.

Rayon statistika idarəsindən verilən məlumada bildirilir ki, cari ilin ötən üç ayında 2 min 262 baş inək və düyə süni yolla mayalandırılıb. Bu müddətdə heyvanlardan 1021 baş cinsi yaxşılaşdırılan buzov alınıb.

Qeyd edək ki, rayonda süni mayalandırma üzrə 11 nəfər peşəkar mütəxəssis çalışır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ağdaşda süni mayalandırma yolu ilə üç ayda mindən çox baş buzov alınıb — Fins.az — Fins.az