Ağcabədidə 1737,3 hektar sahədə təkrar əkin aparılıb

Ağcabədidə 1737,3 hektar sahədə təkrar əkin aparılıb

IKT
1,046

Ağcabədi rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.

Fins.az xəbər verir ki, Ağcabədi Rayon Statistika İdarəsindən bildirilib ki, təsərrüfatlarda məhsul yığımı ilə yanaşı dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir. Ağcabədili fermerlər artıq 13 min 696,1 hektar sahədə şum qaldırıb, 1737,3 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 1082,9 hektarı qarğıdalı, 13,8 hektarı kələm, 83,5 hektarı süpürgə, 1 hektarı kartof, 168,1 hektarı günəbaxan, 386 hektarı darı, 2 hektarı lobyadır.

Hazırda rayonda təkrar əkinlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ağcabədidə 1737,3 hektar sahədə təkrar əkin aparılıb — Fins.az — Fins.az