636 min hektarda bitki monitorinqi süni intellektlə aparılıb - İlhamə Qədimova

636 min hektarda bitki monitorinqi süni intellektlə aparılıb - İlhamə Qədimova

IKT
452

Aqrar sahədə süni intellektin tətbiqi fermerlərə dövlət dəstəyinin verilmə prosesini ən azı 3 ay sürətləndirəcək.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda fermerlər dövlət dəstəyi üçün monitorinq nəticələrini gözləməli olurlar. Fiziki yoxlamalar vaxt apardığı üçün proses gecikir.

İlhamə Qədimova qeyd edib ki, süni intellekt əsaslı analizlər nəticəsində monitorinq prosesinin avtomatlaşdırılması dəstəyin daha tez tətbiq olunmasına imkan yaradacaq.

Nazir müavini bildirib ki, bu yanaşma fermerlərin dövlət dəstəyinə əlçatanlığını ən azı 3 ay sürətləndirəcək. O əlavə edib ki, hazırda 636 min hektar ərazidə bitki növünün müəyyən edilməsi üzrə işlər aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
636 min hektarda bitki monitorinqi süni intellektlə aparılıb - İlhamə Qədimova — Fins.az — Fins.az