Zelenskinin ABŞ-a rəsmi səfəri başladı

Zelenskinin ABŞ-a rəsmi səfəri başladı

DÜNYA
1,043

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a rəsmi səfər edib.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, Vladimir Zelenski və Birinci xanım Yelena Zelenskaya avqustun 31-i Vaşinqtona səfər ediblər.

Qeyd olunur ki, Zelenski sentyabrın 1-i ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Hər iki ölkə lideri ilk olaraq təkbətək, daha sonra isə nümayəndə heyətləri ilə birgə görüşəcəklər.

Zelenskinin amerikalı məmurlar ilə də görüşü baş tutacaq. Bununla yanaşı, səfər çərçivəsində Ukrayna və ABŞ nümayəndələri arasında bir sıra sənədlər imzalanacaq.

 
 
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zelenskinin ABŞ-a rəsmi səfəri başladı — Fins.az — Fins.az