Zelenski: "Ukrayna on milyonlarla ton taxıl itirə bilər"

Zelenski: "Ukrayna on milyonlarla ton taxıl itirə bilər"

DÜNYA
547

Rusiyanın Qara dənizdəki limanları blokadaya alması səbəbindən Ukrayna on milyonlarla ton taxıl itirə bilər.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstraliyanın "60 dəqiqə" xəbər proqramına müsahibəsində deyib.

O bildirib ki, bu Avropa, Asiya və Afrikaya təsir edəcək ərzaq böhranına səbəb ola bilər.

"Rusiya gəmilərin daxil olmasına və tərk etməsinə icazə vermir, Qara dənizə nəzarət edir. Rusiya ölkəmizin iqtisadiyyatını tamamilə bloklamaq istəyir”, - Prezident Zelenski deyib.

Qeyd edək ki, Ukrayna taxıl və digər ərzaq məhsullarının, həmçinin metalların əsas ixracatçısıdır.

© reuters

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zelenski: "Ukrayna on milyonlarla ton taxıl itirə bilər" — Fins.az — Fins.az