
Zara, Massimo Dutti, Bershka, Oysho brendləri də Rusiyada olan mağazalarını bağlayır
Bir neçə məşhur geyim brendinin sahibi olan Inditex Rusiyada bütün mağazaların və onlayn platformaların fəaliyyətini dayandırdığını elan edib.
"Fins.az"xəbər verir ki,xüsusilə şirkət Zara, Massimo Dutti, Bershka, Oysho, Pull & Bear, Stradivarius mağazalarını bağlayacaq.
Inditex-in açıqlamasında deyilir ki, mövcud şəraitdə şirkət Rusiya Federasiyasında fəaliyyətinin davamlılığına zəmanət verə bilməz və fəaliyyətini müvəqqəti dayandırır.
Qeyd edək ki,Inditex-in qlobal mənfəətinin təxminən 8,5%-i Rusiyanın payına düşür.Bundan əvvəl H&M və Mango geyim mağazaları da Rusiyada öz fəaliyyətini dayandırmışdı.