
Yunanıstanın iki adasında su qıtlığına görə fövqəladə vəziyyət elan edilib
Fins.az - Yunanıstanın Tinos və Alonissos adalarında su təchizatı ilə bağlı yaranmış problemlər səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Qərar yay turizm mövsümünün başlanması ilə suya tələbatın artması fonunda qəbul edilib.
Fövqəladə vəziyyət yerli hakimiyyət orqanlarına uzunmüddətli inzibati prosedurlar olmadan təcili tədbirlər görməyə imkan verəcək.
Bu çərçivədə mobil duzsuzlaşdırma qurğularının quraşdırılması və yeni su təchizatı layihələrinin həyata keçirilməsi sürətləndiriləcək.