
Yunanıstan süni intellektlə bağlı müddəaları Konstitusiyaya daxil etməyi planlaşdırır
Fins.az - Yunanıstan hökuməti süni intellektlə bağlı müddəaların ölkə Konstitusiyasına daxil edilməsini müzakirə edir.
Təşəbbüsün əsas məqsədi texnologiyanın insan maraqlarına və demokratik dəyərlərə uyğun şəkildə inkişafını təmin etməkdir.
Baş nazir Kyriakos Mitsotakis parlamentdə çıxışı zamanı bildirib ki, süni intellekt insan azadlıqlarının və cəmiyyətin rifahının qorunmasına xidmət etməlidir.
Onun sözlərinə görə, texnologiyanın yaratdığı potensial risklər nəzarətdə saxlanmalı və gələcək nəsillərin təhlükəsizliyi üçün inkişaf prosesi hüquqi mexanizmlərlə müşayiət olunmalıdır.